Azərbaycanın paytaxtı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCATO) nümayəndəsi Sancivani Sinqh iqlim riskləri və sürətlənən urbanizasiya qarşısında dayanıqlı şəhər inkişafına yanaşmaları təqdim edib.
NUHÇIXAN xəbər verir ki, təqdimat zamanı müasir şəhər infrastrukturuna və iqlimə dayanıqlı planlaşdırmaya investisiyaların Asiya və Sakit Okean regionunda uzunmüddətli iqtisadi artımın əsas amili halına gəldiyi vurğulanıb.
Şəhər mühitinin həssaslığını qiymətləndirmək, mənzil fondunu modernləşdirmək və əhali üçün əsas xidmətlərə çıxışı yaxşılaşdırmaq üçün məlumatların və rəqəmsal vasitələrin istifadəsinə xüsusi diqqət yetirilib.
Sinqhin sözlərinə görə, effektiv şəhər inkişafı ətraf mühitin dayanıqlığını, sosial inklüzivliyi, özəl və beynəlxalq investisiyaların cəlb edilməsi mexanizmlərini birləşdirməlidir.
