Klaudiya Maxler: Mənzilə sahib olmaq ləyaqətin və sosial inteqrasiyanın təməlidir

A- A A+

WUF13 çərçivəsində keçirilən “Ahıl şəxslərin hüquqları” adlı dəyirmi masa müzakirəsində Almaniyadan olan iştirakçı yaşlı insanlar üçün əlverişli mənzil təminatının insan ləyaqətinin qorunması və sosial inteqrasiya üçün vacib şərt olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, Almaniya İnsan Hüquqları İnstitutunun əməkdaşı Klaudiya Maxler çıxışında qeyd edib: “Mənzil qiymətlərinin artması və urbanizasiya təqaüdə çıxdıqdan sonra maliyyə çətinliyi ilə üzləşən ahıl insanlara xüsusilə ağır təsir göstərir”. O bildirib ki, hərtərəfli dövlət siyasəti olmadan, yaşlı insanlar arasında mənzil həssaslığı problemi daha da pisləşəcək.

Natiq sosial mənzil proqramlarının genişləndirilməsinin, mövcud mənzil fondunun modernləşdirilməsinin və uzunmüddətli dəstək mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, mənzil təkcə fiziki təhlükəsizlik deyil, həm də sosial əlaqələri qorumaq və icma həyatında iştirak etmək imkanının təmin edilməsi amilidir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: