Valeriya Levkov: 2030-cu ilə qədər dünyadakı tələbatı qarşılamaq üçün təxminən 500 milyon yeni ev tikilməlidir

A- A A+

Dünya ciddi mənzil böhranı ilə üz-üzədir. 2030-cu ilə qədər 3 milyard insan standartlara cavab verən və əlçatan mənzil tapmaqda çətinlik çəkəcək. Bu tələbatı qarşılamaq üçün təxminən 500 milyon yeni ev tikilməli və 4 milyon hektar ərazidə infrastruktur qurulmalıdır.

NUHÇIXAN xəbər verir ki, bunu Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeriya Levkov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirilməsindən yerli əlçatan mənzil gündəliyinə: Qlobal inkişaf və submilli maliyyələşdirmədən istifadə" adlı tədbirdə çıxış edərkən deyib.

“Bu isə Mexiko şəhərinin ümumi sahəsindən 24–25 dəfə böyük bir ərazi deməkdir. Qarşıda duran və birlikdə həll etməli olduğumuz əsas çağırış məhz budur”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: