Nigar Arpadarai: Şəhər inkişafında media obyektiv və sürətli informasiya mübadiləsində mühüm rol oynayır

A- A A+

Şəhərlər hər zaman iqtisadi tərəqqinin göstəriciləri olub. Təbii ki, burada media xüsusi vasitəçi rolunu oynayır. Yəni biz bərabər, sürətli informasiya mübadiləsi aparmalıyıq.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzulu tədbirdə COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

O hesab edir ki, obyektiv informasiya mübadiləsi prosesi çox vacibdir. “Bizim düzgün məlumatlandırılmağımız, hazırlıqlı olmağımız, çox böyük bir rol oynayır. Düşünürəm ki, daha güclü kommunikasiya apara bilərik”, - deyə COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: