Türkiyədə siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını təqdim ediblər

A- A A+

İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə hazırlıq işləri davam edir.

Artıq seçkilərdə iştirak edəcək partiyalar deputatlığa namizədlərinin siyahısını təqdim ediblər.

NUHÇIXAN xəbər verir ki, Ali Seçki Komissiyasının məlumatına görə, parlamentdəki yerlər uğrunda mübarizədə Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHP), Xalqların Demokratik (HDP), Hür Dava (HÜDAPAR), İYİ, Millətçi Hərəkat (MHP), Səadət və Vətən partiyaları iştirak edəcək.

Qeyd edək ki, prezidentlik uğrunda mübarizə aparmaq hüququnu Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirdaş və Teməl Karmollaoğlu qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: