Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir

A- A A+

Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfdir.

NUHÇIXAN-ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan bu 3 rayonda yaşayanların ümumi sayı 50 min nəfərdən çoxdur:

"Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtması əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: