Uruqvaylı nazir: "Mənzil siyasəti təcrid deyil, inteqrasiya yaratmalıdır"

A- A A+

Mənzil siyasəti təcrid deyil, inteqrasiya yaratmalıdır.

NUHÇIXAN-ın məlumatına görə, bunu Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"Uruqvayda qazandığımız ən vacib dərsi qeyd etməli olsaydım, bu, mənzil tikməyin həm də yaşayış mühiti (habitat) yaratmaq mənasına gəlməsidir. Bunlar iki fərqli şey deyil, biri digərindən əvvəl gəlmir. Və bu, icmalara, insanların sahib olduğu imkanlara fərqli bir şəkildə təsir etməkdən xəbər verir, elə deyilmi? Biz kağız üzərində mənzil qıtlığını aradan qaldırmağa kömək edirik, lakin ərazidə yox. Və bununla biz seqreqasiya (ayrı-seçkilik), təcrid olunma və qopuqluq yaratmış oluruq. ​Buna görə də Uruqvayda biz bu vizyona baxışa nail olmaq üçün üç ölçü üzərində işləyirik: ​Birincisi, torpağın və onun yerləşdiyi yerin daşıdığı önəm; ​Dövlət-özəl tərəfdaşlığı ilə maliyyələşmə; Və dövlət siyasətindən irəli gələn institusional potensial. Bu üç komponent bir xətt üzrə uyğunlaşdıqda, biz əlçatan və nail olmaq istədiyimiz o mənzili təmin edə bilirik, elə deyilmi?", - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: