Nazir müavini: "Azərbaycan mənzil maliyyələşməsində innovativ mexanizmlər tətbiq edir"

A- A A+

Azərbaycan mənzil maliyyələşməsində innovativ mexanizmlər tətbiq edir.

NUHÇIXAN xəbər verir ki, bunu maliyyə nazirinin I müavini, İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"Azərbaycanın mənzil maliyyələşməsi ilə bağlı təcrübələrini bölüşmək istərdim. İnnovativ mexanizmlər dedikdə daxili maliyyələşmə bu baxımdan çox vacibdir. Beləliklə, son iki onillikdə Azərbaycan sosial inklüzivliyi və həmçinin maliyyə dayanıqlılığını birləşdirmək üçün nəzərdə tutulmuş mənzil maliyyə sistemi qurub. İpoteka və Kredit Zəmanət Fondu daxili mənzil maliyyə sisteminin institusional onurğa sütununa çevrilib. Bu fond ipoteka kreditləşməsindən əlavə 9 min satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlayıb. Bu, ailələrin kirayəyə götürə bildiyi və sonda sahibi ola bildiyi mənzillərdir və çox əlverişli bir vasitədir. Fond hazırda 2 milyard ABŞ dollarından çox vəsaiti idarə edir", - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: