Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhər iqlimi, sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə “Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər İqlimi Sülhü və Təhlükəsizliyi üzrə Siyasət Xülasəsi Layihəsinin Müşavirəsi” adlı tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, müşavirə çərçivəsində şəhər mühitində iqlim dəyişikliklərinin təsiri, təhlükəsizlik çağırışları, dayanıqlı inkişaf yanaşmaları və siyasət istiqamətləri müzakirə olunub. Tədbir iştirakçıları şəhərlərin daha təhlükəsiz və dayanıqlı şəkildə inkişaf etdirilməsi üçün beynəlxalq təcrübə və tövsiyələr ətrafında fikir mübadiləsi aparıblar.
Çıxışlar zamanı kənd yerlərində rifah halının yaxşılaşdırılması haqqında da danışılıb.
