Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

A- A A+

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Xarkovda şəhər bərpası: Evlərin və gələcəyin yenidən qurulması” tədbirində Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev çıxış edərək ölkəsinə göstərilən beynəlxalq dəstəyə görə təşəkkürünü bildirib.

NUHÇIXAN xəbər verir ki, səfir beynəlxalq tərəfdaşlar və ölkələrlə yanaşı, Azərbaycanın da Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirərək bunun həmrəylik və əməkdaşlığın mühüm nümunəsi olduğunu vurğulayıb.

O qeyd edib ki, Ukrayna çətin dövrdən keçsə də, beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ölkə tək olmadığını hiss edir. Səfir vurğulayıb ki, birgə səylər sayəsində Ukrayna şəhərlərinin bərpası mümkün olacaq və bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: