Səfir: 14 ildən sonra Ümumdünya Şəhərsalma Forumu yenidən Latın Amerikasına qayıdır

A- A A+

Böyük məmnuniyyətlə qeyd edirik ki, 14 ildən sonra Ümumdünya Şəhərsalma Forumu yenidən Latın Amerikasına qayıdır. Sonuncu dəfə bu forum Kolumbiyanın Medellin şəhərində keçirilib. Eyni zamanda, WUF14-ün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, 2030-cu ilə qədər keçiriləcək son forum olacaq.

NUHÇIXAN xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun növbəti – 14-cü Sessiyasına (WUF14) ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında söyləyib.

Səfir deyib ki, Mexiko şəhəri hökuməti BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə WUF14 üçün idarəetmə modellərinin hazırlanması, strateji istiqamətlərin müəyyənləşdirilməsi və təşkilati işlərin həyata keçirilməsi istiqamətində koordinasiya işlərinə başlayacaq, həmçinin bu prosesdə bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: