WUF13-də metropoliten idarəetmənın dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

A- A A+

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyası keçirilib.

NUHÇIXAN xəbər verir ki, sessiyada böyükşəhər (metropoliten) idarəetməsinin əlçatan mənzil və inklüziv ərazi inkişafında rolu əsas müzakirə mövzusu olub.

Braziliya Şəhərlər Nazirliyi, Braziliya Şəhər Merlərinin Milli Cəbhəsi, Barselona Böyükşəhər Ərazisi və Qautenq Şəhər-Region Observatoriyasının (Cənubi Afrika) birgə təşkil etdiyi tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər və hökumət nümayəndələri mənzil böhranı və iqlim dəyişiklikləri fonunda şəhər-region səviyyəsində koordinasiyanın əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, inteqrasiya olunmuş metropoliten planlaşdırma və effektiv maliyyələşdirmə mexanizmləri vasitəsilə əsas xidmətlərə çıxışın genişləndirilməsi və dayanıqlı infrastrukturun yaradılması mümkündür. Eyni zamanda bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi sosial bərabərsizliyin azaldılmasına və ərazi parçalanmasının qarşısının alınmasına xidmət edir.

Müzakirələrdə qeyd olunub ki, metropoliten səviyyə dayanıqlı şəhər inkişafı üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsi xüsusi rol oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: