Anaklaudia Rossbax: WUF13 geniş beynəlxalq iştirak və yüksək fəallıqla yadda qaldı

A- A A+

Bu möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm. WUF13 geniş beynəlxalq iştirak və yüksək fəallıqla yadda qalıb. Belə ki, Sessiyaya 57 mindən çox iştirakçı qatılıb, onların 55 faizini qadınlar və qızlar təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekun günü təşkil olunan mətbuat konfransında səsləndirib.

Anaklaudia Rossbaxın sözlərinə görə, tədbirdə çox sayda dövlət başçısı və nazir iştirak edib ki, bu da Sessiyanın beynəlxalq siyasi və institusional əhəmiyyətini bir daha nümayiş etdirir.

“UN-Habitat”ın rəhbəri qeyd edib ki, Sessiya çərçivəsində təşkil olunan “Urban Expo” sərgisi də böyük maraqla qarşılanıb və sərgini 74 min nəfər ziyarət edib.

O əlavə edib ki, WUF13 ərzində ümumilikdə 580-ə yaxın sessiya keçirilib, burada dayanıqlı şəhər inkişafı, iqlim davamlılığı, inklüziv urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı geniş müzakirələr aparılıb.

A. Rossbax vurğulayıb ki, Sessiya qlobal şəhərsalma gündəliyinin inkişafı, tərəfdaşlıqların genişlənməsi və gələcək əməkdaşlıq imkanlarının gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: