London Olimpiadası, Dubay Expo təcrübələri sübut edir ki, irimiqyaslı beynəlxalq tədbirlər şəhər infrastrukturunun bərpasında hərəkətverici qüvvədir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri BMT UN-Habitat-ın Ölkə Proqramının rəhbəri və Körfəz Əməkdaşlıq Şurası üzrə nümayəndəsi Ayman Əl-Hefnavi Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Expo City Dubai – İqlim fəaliyyəti, innovasiya və icmanın görüşdüyü yaşıl innovasiya bölgələri” panel sessiyası zamanı deyib.
“From Event to Legacy” adlı beynəlxalq sənədin təqdimatını edən UN-Habitat rəsmisi bildirib ki, nəşrə Dubayda keçirilən Expo, Londonda təşkil olunan Olimpiya Oyunları, eləcə də Barselona və dünyanın digər şəhərlərində keçirilmiş böyük tədbirlər daxildir: “Biz bu nəşri Expo City Dubai ilə birgə müxtəlif nümunələr əsasında hazırlamışıq.
Bu nümunələr göstərir ki, belə irimiqyaslı tədbirlər şəhərlərdə ciddi transformasiyalara səbəb olur və şəhərin həm xarici görünüşünü, həm də idarəetmə funksionallığını dəyişdirir”.
