Valeria Fedeli: Şəhərsalma, insanların həyat keyfiyyətini təmin edən sosial, ekoloji, infrastruktur resursların məcmusudur
Bizim yaratdığımız urbanizasiyanın şəhərsalma xüsusiyyətləri ilə əlaqəsi yoxdur. Bu, bizim olduğumuz bütün ölkələr üçün böyük bir çağırışdır. Çoxlu urbanizasiya var, lakin şəhərsalma xüsusiyyətləri çatışmır.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "XXI əsrdə azadlıq üçün Mənzil ərazi Paktı, Metropolitenlərin mənzil hüququ ilə bağlı BMT Qətnaməsinə doğru" adlı sessiyada Milan Politexnik Universitetinin professoru Valeria Fedeli səsləndirib.
"Şəhərsalma xüsusiyyətləri dedikdə, insanların həyat keyfiyyətini təmin edən sosial, ekoloji, infrastruktur obyektləri və resurslar nəzərdə tutulur. Buna görə də, bu Mənzil Ərazi Paktında biz şəhər əraziləri haqqında düşünməli və onlara diqqətlə yanaşmalıyıq",- deyə Valeria Fedeli bildirib.
