WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib

A- A A+

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 22-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, bayraqların endirilməsi mərasimi sessiyanın rəsmi bağlanışını simvolizə edir.

Qeyd edək ki, mayın 17–dən 22-dək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən WUF13 176 ölkədən 57 mindən çox iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: