Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

A- A A+

Mayın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən NUHÇIXAN-a bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: