Tbilisidəki teleqüllə və "Sülh körpüsü" Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb - FOTOLAR
28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür Mtasminda parkında yerləşən televiziya qülləsi və şəhərin mərkəzində, Kür çayının üstündəki "Sülh körpüsü" Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.
NUHÇIXAN xəbər verir ki, bu aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının bir göstəricisi kimi dəyərləndirilir.
Qeyd edək ki, bu cür işıqlandırma Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə ardıcıl olaraq bir neçə ildir həyata keçirilir və yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.