Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyi Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə təbrik mesajı yayıb.
NUHÇIXAN xəbər verir ki, xarici işlər naziri Tahsin Ertuğruloğlunun imzası ilə dərc olunan ŞKTC Xarici İşlər Nazirliyinin təbrik mesajında deyilir: “Qardaş Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Bu əlamətdar tarixin sevincini Azərbaycan dövləti və xalqı ilə səmimi-qəlbdən bölüşürük”.
ŞKTC Xarici İşlər Nazirliyi vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır, ölkə Türk dünyasının birliyinə və həmrəyliyinə mühüm töhfələr verir.
Şimali Kipr XİN qeyd edib: “Əminik ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sarsılmaz iradəsi Türkiyə, Azərbaycan və ŞKTC arasında əlaqələri “Bir millət, üç dövlət” prinsipi ruhunda daha da gücləndirəcək. Qardaşlığımız ortaq gələcəyimizi inamla formalaşdırmağa davam edəcək”.
