Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu istismara verilməni bildirən düyməni sıxıb.
Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.
