Abdulkadir Uraloğlu: BTQ layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq iradəsi ilə həyata keçirilib
Bakı-Tbilisi-Qars (BTQ) layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq iradəsi ilə həyata keçirilib. Bu, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edən layihədir.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu BTQ dəmir yolunun açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihənin başa çatdırılması üçün güclü iş birliyi ortaya qoyulub.
"BTQ yalnız regional deyil, qlobal miqyasda strateji əhəmiyyət daşıyır. Türkiyə bu xəttin inkişafı üçün addımlarını qətiyyətlə davam etdirəcək", - deyə nazir əlavə edib.
O, həmçinin Azərbaycan və Gürcüstan tərəfinə layihənin reallaşmasındakı roluna görə minnətdarlıq edib.
