Ülviyyə Həmzəyeva: Xüsusi və səlahiyyətli nümayəndəliklər dövlət siyasətinin yerlərdə effektiv icrasını təmin edir

A- A A+

İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən deputat Ülviyyə Həmzəyeva xüsusi və səlahiyyətli nümayəndəlik institutunun dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynadığını bildirib.

NUHÇIXAN-ın məlumatına görə, deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar çərçivəsində yaradılan bu institut fəaliyyət göstərdiyi bölgələrdə dövlət qurumları arasında koordinasiyanın güclənməsinə, qarşıya qoyulan vəzifələrin daha operativ icrasına, vətəndaş məmnunluğunun artırılmasına və regional inkişaf layihələrinin səmərəli həyata keçirilməsinə töhfə verib.

Onun sözlərinə görə, xüsusi və səlahiyyətli nümayəndəliklər mərkəzi hakimiyyətlə yerli idarəetmə arasında çevik əlaqələndirmə mexanizmi yaradaraq dövlət siyasətinin yerlərdə daha effektiv icrasını təmin edib.

Ülviyyə Həmzəyeva vurğulayıb ki, həm işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həm də digər bölgələrdə müşahidə olunan müsbət dəyişikliklər bu idarəetmə modelinin özünü doğrultduğunu göstərir.

Deputat əlavə edib ki, güclü siyasi iradəyə, dəqiq koordinasiyaya və məsuliyyətli idarəetməyə əsaslanan xüsusi və səlahiyyətli nümayəndəlik institutu regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: