İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

A- A A+

Sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü keçiriləcək.

 

NUHÇIXAN xəbər verir ki, bu barədə "Haber Global" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəyi görüşdə üç ölkə arasında mövcud əməkdaşlıq nəzərdən keçiriləcək və qarşıdakı dövr üçün birgə fəaliyyət sahələrini müzakirə ediləcək.

 

Görüşün gündəliyindəki əsas mövzuların regional proseslər, xarici siyasət məsələləri və Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat, regional tranzit şəbəkələrinin gücləndirilməsi və enerji təhlükəsizliyi, ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi olduğu bildirilir.

 

Mənbələr qeyd edib ki, H.Fidan geosiyasi qeyri-müəyyənliklərin, iqtisadi çətinliklərin və təhlükəsizlik problemlərinin artdığı dövrdə Cənubi Qafqazın strateji əhəmiyyətinin daha da artdığını vurğulayacaq.

 

Görüşdə ölkələr arasında üçtərəfli əməkdaşlıq mexanizminin bölgədə sabitliyi və rifahı təşviq edən vacib və nəticəyönümlü platforma olduğu, Türkiyənin Azərbaycan və Gürcüstanla güclü və çoxşaxəli əlaqələrinin regional sabitliyə və iqtisadi inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyi vurğulanacaq.

 

Bakı-Tbilisi-Qars dəmiryolu xətti başda olmaqla Orta Dəhlizdə regional nəqliyyat layihələrinin, gücləndirilməsi, logistika şəbəkələrinin inkişaf etdirilməsi və nəqliyyat imkanlarının artırılması diqqət mərkəzində olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: