Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb - FOTOLAR
Azərbaycanın Baş naziri Əli Əsədov Vyetnamın Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tien ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib.
Prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.