Bir tərəfdən seçkilərin nəticəsi onu göstərir ki, Ermənistan sülh prosesi, normallaşma prosesini davam etdirmək istəyir, digər tərəfdən, vacib məsələ odur ki, Azərbaycanın haqlı tələbləri, gözləntiləri dəyişməyib.
NUHÇIXAN xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.
"İndi bizi maraqlandıran məsələ Ermənistanda keçirilmiş son seçkilərdir", - o deyib.
BMTM rəhbəri qeyd edib ki, Ermənistanda baş tutan parlament seçkilərindən sonra Qərb mediasında bəzi tendensiyalar müşahidə olunur:
"Qeyd edilir ki, Azərbaycan Ermənistan konstitusiyası ilə bağlı tələbindən imtina etməlidir. Ən azı son beş-altı ildə Qərbdən Azərbaycana verilən məsləhətlərin heç biri bizə faydalı deyil. Bu məqam Azərbaycanın yürütdüyü siyasətin düzgünlüyünü göstərir".
