Qurtuluş hadisəsi və onun məfkurəsi Azərbaycanın keçmişinə işıq salmaqla yanaşı, bu gününü formalaşdırır və gələcəyinə istiqamət verir.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin iyunun 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Bizim əldə etdiyimiz nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun şəkildə həyata keçirilən siyasət nəticəsində əldə olunub. Bu mənada Azərbaycanın möhtəşəm tarixi Qələbəsi - Qarabağın işğaldan azad olunması da mahiyyət etibarilə özünün başlanğıcını Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışından götürüb”, - deyə Əli Əhmədov bildirib.
