İsveçrə portalı ermənilərin törətdiyi qırğınlardan yazır

A- A A+

İsveçrənin “www.zeitung.ch” portalında “Əmin-aman dünya üçün ümidlər” sərlövhəli yazı yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, 24 aprel - qondarma “erməni soyqırımı” qurbanlarının anım günü ərəfəsində yayılan yazıda əslində soyqırımının kimlər tərəfindən törədildiyi faktların dili ilə təqdim edilir.

1918-ci ildə erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyası ilə Bakıda və Azərbaycanın digər regionlarında dinc əhaliyə divan tutması barədə məlumat verilir. Məqalədə inqilabi ideyalar pərdəsi altında Bakı Sovetinin sədri Stepan Şaumyanın sərəncamında olan altı min əsgərin “Daşnaksütyun” partiyasının minlərlə üzvü ilə birlikdə qırğınlar törətməsindən bəhs olunur. Məqalədə, həmçinin 1918-ci il hadisələrini öz gözləri ilə görən müxtəlif şəxslərin xatirələrindən iqtibaslar gətirilir, rəsmi sənədlər əsasında Azərbaycanın müxtəlif mahallarında ermənilər tərəfindən məhv edilən kəndlərin sayı göstərilir.

Qeyd edilir ki, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən və “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan mütəşəkkil erməni dəstələri öz havadarlarının köməyi ilə minlərlə azərbaycanlını qətlə yetirib. 1918-ci ilin təkcə mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 mindən çox insan öldürülüb. Buna görə də 31 mart Azərbaycan parlamentinin qərarı ilə Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Yekunda qeyd edilir ki, bütün bu baş verənlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün bütün formaları nəzərdən keçirməyə və sülh yolu ilə həllin tapılması üçün yeni impulslar axtarmağa əsas verir. Ermənistan ordusunun işğal etdiyi əraziləri tərk edəcəyi təqdirdə vətənindən qovulmuş və məcburi köçkünə çevrilmiş azərbaycanlılar əsrlər boyu olduğu kimi yenidən ermənilərlə dinc birgəyaşayışa hazır olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: