Slovakiya Azərbaycanla ikitərəfli əməkdaşlığın, xüsuslə energetika və nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlıdır.
NUHÇIXAN-ın məlumatına görə, bunu Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Marek Eştok Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün yekunları üzrə "X" sosial şəbəkəsində yazıb.
