Məhəmməd Əl-Casir: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"

A- A A+

İslam İnkişaf Bankı (IsDB) Qrupunun rəhbəri Azərbaycanda özünü evindəki kimi hiss etdiyini etiraf edib.

NUHÇIXAN xəbər verir ki, bunu IsDB Qrupunun sədri Məhəmməd Əl-Casir IsDB Qrupunun Bakıda keçirilən illik toplantıları zamanı deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin rəsmiləri sayəsində mən burada özümü sadəcə evimdəki kimi hiss etmirəm, həm də bu cür alicənablıq və təqdirdən dərindən təsirlənmişəm. Mən qeyri-adi bir iş gördüyümü düşünmürəm , lakin onlar mənə sanki xüsusi bir şey etmişəm kimi hiss etdirdilər. Prezident İlham Əliyev başda olmaqla, burada, Azərbaycandakı bütün dostlarımdan gördüyüm hörmətə görə sonsuz minnətdaram" , - M. Əl-Casir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: