Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonra hər zaman Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində deyib.

O bildirib ki, son 30 ildə İƏT və İƏT Parlament İttifaqı tərəfindən Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qərarlar və qətnamələr qəbul edilib.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini kimi əsl mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: