İƏT Parlament İttifaqının Baş katibi Azərbaycan Prezidentinin İslam əməkdaşlığına töhfəsini yüksək qiymətləndirib

A- A A+

İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa göstərdiyi yüksək himayəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində İttifaqın Baş katibi Muhammed Xurayçi Niyass deyib.

O qeyd edib ki, bu tədbir son dərəcə mürəkkəb bir dövrdə baş tutub. Beynəlxalq ədalət sistemində uçurum dərinləşir, İslam aləmi isə ciddi çağırışlarla üz-üzədir. Dağıdıcı müharibələr xalqları tükəndirir, qlobal ərzaq təhlükəsizliyinə və enerji təminatına birbaşa təsir göstərir. Bu səbəbdən münaqişə və müharibələrin bütün formalarının rədd edilməsi zəruridir. Fikir ayrılıqlarının həllində dialoqdan ən optimal vasitə kimi istifadə olunması vacibdir.

“Azərbaycan bu sahədə nümunəvi təcrübəyə malikdir. Ölkənin diqqətəlayiq inkişaf göstəriciləri, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində əldə olunan uğurlu təcrübələrin öyrənilməsi və paylaşılması daha dayanıqlı iqtisadiyyatın qurulmasına mühüm töhfə verə bilər”, - deyə Baş katib vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: