İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqına sədrliyin İndoneziyadan Azərbaycana keçməsi birgə missiyamıza sadiqliyin və qardaşlığımızın göstəricisidir.
NUHÇIXAN xəbər verir ki, bunu İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində videomüraciətində deyib.
“Mən tam əminəm ki, Azərbaycanın sədrliyi İttifaqa üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və yeni uğurların əldə olunmasına töhfə verəcək”, - deyə sədr vurğulayıb.
Puan Maharani, həmçinin qlobal çağırışlar və İƏT-ə üzv ölkələrin üzləşdiyi problemlərin parlamentlərarası əməkdaşlıq vasitəsilə həllinin son dərəcə aktual məsələ olduğuna diqqət çəkib. O qeyd edib ki, İƏT ölkələrinin iqtisadiyyatları hələ də tam istifadə olunmamış böyük imkan və potensiala malikdir. Bu potensialın səmərəli şəkildə səfərbər edilməsi üzv dövlətlərin davamlı inkişafına, iqtisadi əməkdaşlığın genişlənməsinə və ümumi rifahın yüksəldilməsinə mühüm töhfə verə bilər.
