İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

A- A A+

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.

NUHÇIXAN xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasın bugünkü bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları, Bakı Bəyannaməsi müzakirə edilib.

Müzakirələrin yekununda 28 maddədən ibarət Bakı Bəyannaməsi və digər sənədlər qəbul edilib və bununla da sessiya işini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.

10:37

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası işini davam etdirir.

NUHÇIXAN xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.

Xatırladaq ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi sessiya bu gün yekunlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: