Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan Ordusunu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
NUHÇIXAN xəbər verir ki, səfirlik bu barədə "X" sosial media hesabında yazıb.
"Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - paylaşımda qeyd olunub.
