Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli, 30 il ərzində aparılan bir prosesdir. Təbii ki, bunun əsasında Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi və bu müddət ərzində ölkə iqtisadiyyatını gücləndirməsi dayanır.
NUHÇIXAN xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev iyulun 2-də “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan diplomatiyası da bu 30 il ərzində uğurlu və fəal iş aparıb: “Amma yenə deyirəm, ölkənin əsas məsələsi onun müdafiəsi və təhlükəsizliyidir. İnsanlar rahat şəkildə yaşamasa, nə iqtisadiyyat inkişaf edər, nə də sosial məsələlər həll olunar. Bütün bunların əsasında Azərbaycanın Ordusu dayanır”, deyə F.Şəfiyev qeyd edib.
