Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov İstanbulda keçiriləcək “IDEF-2019” Beynəlxalq Müdafiə Sərgisinə qatılacaq.
Qeyd edək ki, sərgi aprelin 30-dan mayın 3-dək davam edəcək.