Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib

A- A A+

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

NUHÇIXAN Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, M. Cabbarov Prezident İlham Əliyevin səmimi salamlarını Q. Berdiməhəmmədova çatdırıb.

Öz növbəsində, Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan Prezidentinə ən xoş arzularını ifadə edib və iki dost dövlət arasında durmadan dərinləşən qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. O, Türkmənistan və Azərbaycan arasında əlaqələrin ənənəvi qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini bildirib.

Görüş zamanı qeyd olunub ki, Türkmənistan Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana ötən ay etdiyi dövlət səfərinin əhəmiyyətinə toxunulub. Q. Berdiməhəmmədov səfərdə Türkmənistana hədiyyə edilən "Dostlug" neftdaşıyan tankerinə görə Azərbaycan tərəfinə bir daha öz minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: