Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var.
NUHÇIXAN xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında delimiyasiya prosesi istiqamətində iş gedir və bu iş üçün xüsusi komissiya yaradılıb:
"Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işin şahidiyik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub".
