Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

Komitə sədri Mübariz Bayramov gündəlikdə duran məsələnin ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi olduğunu bildirib.

İclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin  Əlimərdanov və Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəis müavini Əhməd Qənbərov qanun layihəsi ilə bağlı məlumat veriblər.

Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra komitənin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi  Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Qeyd edək ki, iclasda Ali Məclisin komitə sədrləri və müavinləri, Ali Məclisin və Nazirlər Kabineti aparatlarının nümayəndələri də iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: