Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monqolustanı təbrik edib.
NUHÇIXAN xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.
"Monqolustan Hökumətini və xalqını Milli Bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!
Dost Monqolustan xalqına davamlı sülh, firavanlıq və rifah arzulayırıq", - paylaşımda qeyd olunub.
