Gürcüstan Azərbaycanla münasibətləri daha da möhkəmləndirmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bunu Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani “İmedi” televiziyasının "Business Insider" verilişində deyib.
Onun sözlərinə görə, rəsmi Tbilisinin Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı, nümunəvi münasibətləri var. Gürcüstan qonşu ölkələrin ticarət əlaqələrində strateji rol oynayır və bu istiqamətdə rolunu gücləndirməyə çalışır.
“Qlobal qeyri-müəyyənlik şəraitində Gürcüstan sülh və sabitliyə çalışır. Sülh və sabitlik hamı üçün ən vacib amildir”, - deyə Jorjoliani bildirib.
