İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalmış "Atlas Bey" gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb.
NUHÇIXAN xəbər verir ki, bui barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində iyuun 17-də "Atlas Bey" gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi Azərbaycana göndərilib.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülürdü. İyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Vətənə yola salınıb.
İyulun 16-da ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.
