Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna təbrik məktubu göndərib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın 126-cı İmperatoru olaraq Taxta çıxması münasibətilə Əlahəzrət Naruhitoya təbrik məktubu göndərib.

NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib. “Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev İmperator Naruhitoya möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: