“Mustafa Kamal Atatürk-2019” döyüş atışlı birgə taktiki təlim Türkiyə KİV-lərinin diqqətində - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də ölkəmizdə başlanan “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlim qardaş respublikanın nüfuzlu KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN xəbər verir ki, aprelin 20-dən başlayaraq bu mövzuda anons xəbərlərə geniş yer ayıran KİV-lər təlimlər barədə geniş məlumatlar yayıb.

Anadolu və İHA xəbər agentlikləri, “Yeni şafaq”, “Taqvim”, “Akşam”, “Karar” və digər nüfuzlu qəzetlər, “TRT HABER”, “NTV”, “CNN Türk”, “a Haber” və s. televiziya kanalları türkdilli tamaşaçı və oxucuları təlimlərlə bağlı geniş məlumatlandırıb. İnformasiyalarda Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığa dair şərhlər yer alıb.

Təlimlərlə bağlı www.cnnturk.comwww.takvim.com.trwww.ntv.com.trwww.aa.com.trwww.haber7.comwww.cnnturk.comwww.karar.com,   www.ahaber.com.tr və digər saytlarda fotolar və videomateriallar da yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: