"Euronews"da Azərbaycan Prezidentinin Almaniyaya səfəri ilə bağlı yazı dərc olunub

A- A A+

Azərbaycan və Almaniya enerji, nəqliyyat və ticarət sahələrini əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar, eyni zamanda, Kansler Fridrix Merts Moskvadan asılılığı azaltmaq üçün gələn ilə qədər illik 2 milyard kubmetrə çatması gözlənilən Azərbaycanın qaz tədarükünü alqışlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Euronews"un Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfəri ilə bağlı hazırladığı yazıda bildirilib.

Qeyd olunub ki, tərəflər strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, enerji, nəqliyyat, infrastruktur, ticarət, investisiya, həmçinin elm və texnologiyanı əhatə edən bir sıra sazişlər imzalayıblar. "Bununla da Almaniya İtaliyadan sonra Azərbaycanla eyni sazişi imzalayan ikinci Avropa ölkəsi olub", - məqalədə bildirilib və əlavə edilib ki, Almaniya Bakının ən yeni qaz müştərilərindən birinə çevrilib.

Yazıda Cənub Qaz Dəhlizinin əhəmiyyəti də qabardılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: