Bu ilin altı ayında 2 nəfər mina partlayışında həlak olub, 11 nəfər xəsarət alıb

A- A A+

Ermənistanın mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, sözügedən dövrdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Vurğulanıb ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: