Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib.
NUHÇIXAN xəbər verir ki, Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə ölkənin əldə etdiyi uğurlardan danışıb.
