Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir

A- A A+

Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması bizim formatın müsbət inkişafında yeni mərhələnin rəmzidir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə söyləyib.

Qazaxıstan Prezidenti vurğulayıb: “Birgə səylər sayəsində siyasi dialoqun daha da dərinləşməsi, investisiyalar, energetika, sənaye, vahid nəqliyyat-logistika sisteminin formalaşmasına şərait yaradılır”.

Onun sözlərinə görə, son illərdə regiondaxili ticarətin davamlı artması müşahidə olunur, işgüzar əlaqələr genişlənir, yeni birgə müəssisələr yaradılır, müştərək investisiya layihələri həyata keçirilir, humanitar əlaqələr möhkəmlənir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: