Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib - VİDEO

A- A A+

Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən xəbərə görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxış edənlər partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışıb, eləcə də təhlükəli maddələrə toxunmamaq və dərhal zərərsizləşdirmə qrupuna məlumat vermək tövsiyə olunub.

Sonda kursu uğurla başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: