İqnasio Kassis: Azərbaycanla əlaqələrimizi bütün istiqamətlər üzrə daha da genişləndirmək niyyətindəyik
Azərbaycanı ATƏT-in Nazirlər Şurasının iclasında da görmək istərdik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
“Eyni zamanda, Azərbaycanla əlaqələrimizi mümkün olan bütün istiqamətlər üzrə daha da genişləndirmək niyyətindəyik”, - deyə o əlavə edib.
